İqtisadi yüksəliş dövrü
Sağlam və etibarlı təməl üzərində qurulan hər bir dövlət uzun müddətli inkişaf prespektivi qazanmış olur. Bu baxımdan Azərbaycan dövlətinin də gələcəyi sağlam və etibarlı təməl üzərində qurulmuşdur. Bu təməllərin də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu amillər də dövlətimizin moderinləşməsi, güclənməsi və iqtisadiyyatımızın inkişafına şərait yaratmışdır. Ulu Öndərin bu siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
1994-cü ildə Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi və geopolitik sahənin inkişafı bu gün də neft strategiyasının inkişafında İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 16 il ərzində neft-qaz sektoruna 30 milyard dollardan artıq sərmayə qoyulmuş, geniş ixrac infrastrukturu yaradılmış və nəticədə ölkəmiz regionun ən mühüm tranzit mərkəzinə çevrilmiş-dir. Buna misal olaraq Bakı – Tbilisi – Ceyhan, Bakı – Supsa, Bakı – Novorossiysk neft və Bakı – Tbilisi – Ərzurum qaz kəmərlərini qeyd edə bilərik. Dövlət Neft Fondunun valyuta ehtiyatları hesabına həm müxtəlif sosialyönümlü layihələrin icrasına, həm də gələcək nəsillərin rifahına xidmət edilmişdir.
Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin məqsədi ölkənin tərəqqisinə nail olmaqdır. Bu da ölkəni xammal ixrac edən ölkədən sənaye məhsulu ixrac edən dövlətə çevirməyə xidmət edir.
Ölkə başçısının iqtisadi sahədə yürütdüyü siyasət regionlararası əlaqələri inkişaf etdirməkdir. Onun “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” adlı ilk fərmanı da məhz regionlararası iqtisadi inkişafa xidmət edirdi. Məqsəd və vəzifələrin coxcəhət-liliyi ilə diqqəti cəlb edən bu fərmanda regionların iqtisadi və sosial inkişaf sahələri öz əksini tapmışdır.
İlham Əliyevin apardığı siyasət nəticəsində təhsil və səhiyyə sahələri nəinki paytaxtda, eyni zamanda ətraf bölgələrdə də sürətlə inkişaf etmişdir. Bununla əlaqədar olaraaq paytaxtla yanaşı ətraf bölgələrdə də müasir idman obyektləri istifadəyə verilmişdir. Bu obyektlərin istifadəyə verilməsi təbii ki, əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir.
2003-2018-ci illərdə Azərbaycan sürətlə inkişaf edən ölkələr siyahısına düşdü. Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artdı, qeyri-neft ixracı 1,4 dəfə çoxaldı. Azərbaycan valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırıldı. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyuldu. Azərbaycan iqtisadiyyatı rəqabətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə 26-cı yerdə qərarlaşdı. Formun “inkluziv inkişaf indeksi” adlı illik hesabatında Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında üçüncü yerə yüksəldi. Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olundu.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb. Lakin milli iqtisadiyyatını formalaşdırmaqda olan Azərbaycan Respublikası müstəqil və gənc dövlət olaraq iqtisadi dayaqlarını daha da möhkəmləndirməli, yeni dövrün çağırışlarını özünün sosial-iqtisadi həyatında daha çevik nəzərə almalıdır. Azərbaycan xalqı bu vəzifələrin məhz İlham Əliyev tərəfindən daha uğurla həyata keçirilə biləcəyini nəzərə alaraq dövlətimizin idarə edilməsini tərəddüd etmədən Cənab Prezident İlham Əliyevə etibar edir.
Məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini Emin Kərimov.

