Azərbaycanda yeni universitetin təməli qoyuldu – YENİLƏNİB + FOTO/VİDEO
Bu gün Azərbaycan yeni universitetin təməli qoyulub.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı məlumatı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri Luici Di Maio ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirmişdi.
Mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, İtaliyanın xarici işlər naziri Luici Di Maio, təhsil naziri Emin Əmrullayev, energetika naziri Pərviz Şahbazov və başqa şəxslər iştirak edib.
Baku TV təməlqoyma mərasimindən görüntüləri təqdim edib:
“İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçiriləcək”.
ARANTV.AZ-ın məlumatına görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri Luici Di Maio ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, universitetin yaradılması təhsil, iqtisadi sahədə olan əməkdaşlığın inkişafı deməkdir:
“İtaliya tərəfindən beş aparıcı universitetdən ibarət olan qrup bu prosesdə sıx iştirak edirdi. Bu, yüksək ixtisaslı kadrların hazırlanması deməkdir”.

