Əsas səhifə 

Mən İlham Əliyevə özüm qədər inanıram.

2018-ci ildən sonra da durmadan irəliləyən, inkişaf edən Azərbaycan
Azərbaycan xalqının tarixini başdan yaradan dahi öndər Heydər Əliyev öz uzaqgörən siyasəti ilə hələ rəhbərlikdə olarkən belə özündən sonra xalqın rifahını təmin edəcək, xalqa dəstək olacaq bir varis qoymaq üçün ən düzgün yol seçməyə müvəffəq olmuşdur. Öz çıxışlarında qeyd etmişdir ki, “Mən İlham Əliyevə özüm qədər inanıram. Bilirəm ki, mənim başa çatdıra bilmədiyim taleyüklü məsələləri, işləri O tamamlayacaq”
Belə də oldu. Xalq onu zamanın dar cığırlarından çəkib çıxaran Öndərin sözlərinə arxalanaraq 2003-cü ildə öz Prezidentini-İlham Əliyevi seçdi.
Xalqın həyatında dönüş nöqtəsi yaradan Prezident gəldiyi gündən andına sadiq qalaraq, Vətənə, xalqa olan borcunu layiqincə yerinə yetirdi. Xalqın inamını, etimadını qazanan bu insan təkcə ölkə daxilində deyil, beynəlxalq arenalarda Azərbaycan dövlətinin müstəqil bir dövlət olduğunu hər kəsə sübut etdi. Atdığı addımlar heç də birtərəfli olmadı. Ölkəni istər siyasi, istər mədəni cəhətdən inkişaf etdirdi. Elm, texnika, mədəniyyət sahələrində mühüm dəyişiklərə imza atıldı. 2003-cü ildən 2018-ci ilə qədər durmadan ölkənin həyatında mühüm işlər gördü. Yeni yollar çəkildi, aeraport tikintilərinə önəm verildi. Xəzər dənizində Ticarət limanlarının inşansına başlanıldı. İqtisadiyyat gücləndirildi. Əhalinin rifahı üçün gəlirləri müəyyənləşdirildi. Minimal əmək haqqı hər kəsə yetəcək həddə çatdırıldı. Təkcə bu illər ərzində maaşlar 7dəfə, pensiyalar 10 dəfəyə qədər artırıldı. Bu kimi addımlar xalqın gələcəyinin əmin əllərdə olduğunun sübutu idi.
Böyükdən kiçiyə hər kəsin qəhrəmanına çevrilmiş Prezidentinə xalq 2008-ci il aprel ayının 11-də növbədənkar prezident seçkiləri zamanı yenə də öz səsini verdi. Seçkilər son dərəcədə şəffaf, heç bir qüvvələrin müdaxiləsi olmadan keçirildi. Namizədlər arasında ən çox səs toplamış İlham Əliyev yenidən xalqının qarşısına keçərək ona bir çox vədlər verdi. Həmin andiçmə mərasimində Prezident qeyd etmişdir ki,”Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, düşünülmüş planlarımız, proqramlarımız var. Ona görə əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə nikbinliklə baxırıq. Hamımızın amalı odur ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətlərə çevrilsin,Azərbaycan vətəndaşları yaxşı yaşasınlar”.
Zamanla çıxışlarında toxunduğu bütün məsələlərin öhdəsindən gələn liderin ən böyük amalı, arzusu torpaqlarımızın bütövləşməsi idi. Bu məqsəd uğrunda gecə-gündüz demədən çalışırdı. Ordunun güclənməsi, hərbi sahəyə daha çox önəm verməsi, məhz bu amal uğrunda idi. Xalq birmənalı olaraq əmin idi ki, lider bu məsələnin də öhdəsindən mütləq gələcəkdir. Nəhayət, 2020-ci ildə xalq Prezidentinə, Prezident də xalqına arxalanaraq “dəmir yumruq” oldu. Və bu birlik illərlə həsrətində olduğumuz torpaqlarımızı bizə qaytardı. İşğal olunmuş torpaqlarda Azərbaycan bayrağı asıldı. İlham Əliyev Azərbaycan tarixinə adını “qalib sərkədə” kimi saldı. Zamanla parçalanmış, xarici hücümlara məruz qalmış bir xalqı yenidən birləşdirmək, ona öz əzəli və əbədi torpaqlarını qaytarmaq kimi böyük, hətta mümkünsüz görünən bir işin öhdəsindən gəlmək yalnız İlham Əliyev kimi liderin işi ola bilərdi.
Müharibəni təkcə cəbhədə yox, həm də inforasiyada aparan düşmənə, xarici qüvvələrə qarşı da lider özü cavab verirdi. Xarici kanallara, jurnalistlərə verdiyi müsahibələrində öz xalqının tarixini dəqiqliyi ilə bildiyi üçün tutarlı sübutlarla, faktlarla hər kəsi susdurmağa, və haqq mübarizəsini nümayiş etdirməyə müvəffəq oldu.
Qərənfil Nəsibova-YAP Siyəzən rayon təşkilatının əməkdaşı

Daha çox xəbərlər