Region Xəbərləri 

“Seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, əslində xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin təzahürüdür”

Vətənə bağlı olan hər bir adam istəyir ki, dövlətimizin başında duran insan hər tərəfli inkişaf etmiş olsun, daxili və xarici siyasətdə böyük nüfuz sahibi olsun. Məhz bu səbəbdən də 2018-ci il aprel ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçildi.
Bu seçki Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etsə də Cənab İlham Əliyev 86,02%-lə 1-ci olmuş və Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Xalq tərəfindən İlham Əliyevin Prezident seçilməsində xeyli amillər öz nəticəsini vermişdir. Hamının gözü önündədir ki, İlham Əliyev Prezidentliyi dövründə ölkəmiz dünyada tanınmış və böyük inkişaf yolu keçmişdir.
Dövlətimizin beynəlxalq müstəvidə mövqeyi xeyli güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar siyasətimizdə ən vacib məsələlər olmuşdur.
İlham Əliyev Prezident seçilməmişdən əvvəl xaricdən gəlmiş nümayəndələrin iştirakı ilə təxmini sorğular keçirilmişdir. İştirak etmiş əhalinin tam əksəriyyətinin verdiyi proqnozlar doğru çıxmış və İlham Əliyev səs çoxluğu ilə qələbə çalmışdır. Bu isə o deməkdir ki, YAP-ın apardığı siyasət, onların xalq içərisində olub dərdlərinə şərik olmaları qələbə ilə nəticələnmişdir. Hətta Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çariz Evans seçicilərin fəallığı çox yüksəkdir demişdir. O, əlavə olaraq öz fikrini belə tamamlamışdır: Azərbaycanda Prezident seçkiləri şəffaf və mükəmməl təşkil olunubdur.
Seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, əslində xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin təzahürüdür.
Seçki ərəfəsində həmişə olduğu kimi xain qüvvələr xarici dövlətlər tərəfindən maliyyələşmiş, alınmış qrandlar hesabına aranı qarışdırmaq istəsələr də buna nail ola bilmədilər. Çün ki, bu seçim Azərbaycan xalqının secimi idi. Azərbaycanda ən vaçib olan iqtisadi yüksəliş dövrü gündən-günə əhalinin diqqətini daha çox cəlb etmədədir.
İlham Əliyev bütün çıxışlarında vürğulayır ki, “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”.
Onun nəticəsidir ki, 2003-2018-ci illər Azərbaycan tarixinə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Burada bir milyondan artıq məcburi köçkünlərin iş yerləri və mənzillərlə təmin olunmasını deməsək düşmənlərimizin dəyirmanına su tökmüş olarıq.
Ölkəmizdə iqtisadi inkişaf dövrü davam etməkdədir və bu dövrdə maaşların təxminən 7 dəfə və pensiyaların 10 dəfədən çox qalxması əyani sübutdur. Əlavə olarqa yerinə düşər ki, böyük vəsait tələb edən məktəb və xəstəxanalar da tikilib və ya təmir olunubdur. Məsələn: 3100 –dən çox məktəb və 640-dan çox xəsrəxana binaları yenidən tikilmiş və ya təmir edilərək xalqın istifadəsinə verilmişdir.
2003-2018-ci illərdə ölkəmizdə yeni yolların salınması, ölkə daxili enerji təminatının yaxşılaşdırılması regionlarda aeroportların tikilməsi, beynəlxalq hava limanlarının salınması, dəmir yol infrastrukturunun yenilənməsi ölkəmizin iqtisadiyyatının yüksələn xətlə inkişafından xəbər verir. Bildirmək lazımdır ki, həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan güclü xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən xarıcdə qalmışdır. Demək yerinə düşər ki, Ermənistsn rəhbərliyinin yarıtmaz siyasəti onları dilənçilik səviyyəsinə qədər endirmişdir.
Ölkəmizdə aktual suallardan olan əhalinin su ilə təchizatı və təminatı da öz həllini tapmışdır. Belə ki, 2004-cü ildə Bakının su təchizatı problemi çox ciddi idi. O vaxtlar Bakıda sakinlərin 29%-zi içməli su ilə təmin olunurdusa, 2018-ci ildə bu rəqəm 80%-zi keçmişdir.
Ölkəmizdə yuxarıda göstərilən illər ərzində idmançılarımız Olimpiya oyunlarında və Avropa çempionatlarında böyük uğurlar əldə etmişlər. Bu idman oyunlarında idmançılarımız Azərbaycanımızın bayrağını dəfələrlə yüksəkliklərə qaldırmış və medallarla doğma Bakımıza qayıtmışlar.
Yüxarıdakı nailiyyətlərin başlıca səbəbkarı və təşəbbüskarı əvəzolunmaz liderimiz və Prezidentimiz İlham Əliyevdir.
Yaşasın İlham Əliyev!
Qarabağ Azərbaycandır.
Xocavənd kənd 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Yusifova Tünzalə Şəfahət qızı.

Daha çox xəbərlər