Region Xəbərləri 

Güclü ölkənin qüdrətli Lideri

Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində cənab İlham Əliyev Azərbaycanı bugünkü yüksəliş və inkişaf yoluna, tariximizin ən qüdrətli mərhələsinə gətirib çıxara bilib.
Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar.
Azərbaycan xalqının cənab Prezident İlham Əliyevə dərin məhəbbətinin, sarsılmaz inamının əsasında dövlətimizin başçısının liderlik keyfiyyətləri dayanır. Onu xalqa sevdirən ən mühüm xüsusiyyəti əsl dövlət rəhbərinə xas qətiyyət, atdığı hər bir addımda milli maraqları öndə yaşatmasıdır. Prezident cənab İlham Əliyevin verdiyi hər bir qərar Azərbaycan dövlətinin milli maraqlarına istinad edir. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.
Cənab İlham Əliyev bütün dünyada arzu olunan, lakin çox az təsadüf edilən nadir liderlərdəndir ki, cəmiyyət can atdığı, özünə rəhbər seçdiyi şəxsiyyətdə görmək istədiyi bir çox cəhətləri həm mənəvi-siyasi lider, həm güclü sərkərdə, həm mahir diplomat, həm bacarıqlı idarəçi, həm qurucu rəhbər obrazlarını Onun siyasi portretində tapa bilir. Hakimiyyəti xalqa güvənən, onun dəstəyini, məhəbbətini daim hiss edən ləyaqətli və peşəkar siyasətçi idarə edəndə dövlət daha qüdrətli olur və inanılmaz yüksək nəticələrə öz möhürünü vurur.
Uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan cənab Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə qüsursuz siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı: Bu, modern Azərbaycan dövləti modelidir. Onun rəhbərliyi ilə görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir.
Gəray Zeynallı
YAP Laçın rayon təşkilatının əməkdaşı

Daha çox xəbərlər