Region Xəbərləri 

Artan beynəlxalq nüfuz

Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış Prezident 2018 – ci il aprelin 11 – də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8 – ci rəsmi seçki olmuşdur. Bu marafonda 8 namizəd iştirak etmişdir. Seçkilərdə seçicilərin 86,02 % – nin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bu o deməkdir ki, xalq prezidentə inanır və onun gördüyü işləri qiymətləndirmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilən rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş “exit – poll” lar seçkilərin rəsmi nəticələri üst-üstə düşmüşdür. Bu bir daha onu göstərir ki, seçkilər xalqın iradəsini əks etdirir.
2003 – 2018 – ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır.
Aygün Kərimova
YAP Laçın rayon təşkilatının 46 saylı ƏPT sədri
Laçın rayon 21 saylı tam orta məktəbin direktoru

Daha çox xəbərlər