Region Xəbərləri 

Xalqın seçimi Prezident İlham Əliyevdir.

Ümummilli lider Heydər Əliyevin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi nəticəsində ölkəmiz son illərdə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində böyük nailiyyətlər qazanmışdır. Ulu Öndər 1 oktyabr 2003-cü ildə xalqa müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməklə İlham Əliyevə inamla etimad göstərmişdi. Dahi siyasətçi İlham Əliyevə inanırdı, etimadı böyük idi.Sinəsini çətinliklərə sipər edərək özünün ikinci dəfə yaratdığı, demək olar ki, yenidən qurduğu ölkəni talenin ümidinə buraxmaq istəmədi. Və tarix də sübut etdi ki, Heydər Əliyev həqiqətən dahi, müdrik, xalqını sevən, onun gələcək taleyinə biganə qala bilməyən əsl Lider olaraq məhz belə addım atmalı idi.
2003-cü ilin oktyabrında xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Prezident seçilən İlham Əliyevin qısa müddət ərzində düşünülmüş, çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasəti sayəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla başa vurmuş,yeni-yeni uğurlara imza atmışdır.İlham Əliyev xalq qarşısında götürdüyü öhdəliklərə vətənpərvər və qurucu lider əzmi ilə əməl edərək insanlarda özünə inamı artırırdı. Çıxışlarında “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və hiss eləsin” deyən İlham Əliyev ikinci, üçüncü və dördüncü prezidentliyi dövründə də xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib,ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olub, vətəndaşların sosial problemləri həll edilib, insanların rifah halı daha da yaxşılaşıb. Ölkəmizin iqtisadi imkanları atrıb, beynəlxalq arenadakı mövqeləri möhkəmlənib.
Hər zaman xalqını düşünən, onun qayğıları ilə yaşayan nümunəvi lider, Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasətçi, adil dövlət başçısı, mahir diplomat , qalib sərkərdə Xalq-Lider-Ordu birliyinin gücü sayəsində 30 il gözlədiyimiz ən parlaq Qələbəni də yazaraq insanların sonsuz sevgisini qazandı.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev öz fəaliyyətini möhkəm zəmin, etibarlı təməl üzərində quraraq. Heydər Əliyev siyasi kursunu sadəcə davam etdirmir, yeni şəraitin, müasir dünyamızda gedən proseslərin tələblərinə uyğun surətdə yaradıcılıqla inkişaf etdirir. Xalqımız qarşısındakı misilsiz xidmətləri sırasında demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xalqın seçimini Prezident İlham Əliyevin xeyrinə müəyyən etmiş amillərdəndir..
Azərbaycan xalqı Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Nuridə Əhmədova
YAP Laçın rayon təşkilatının 41 saylı ƏPT sədri
Laçın rayon M.Müseyibov adına Bozlu kənd tam orta məktəbin direktoru

Daha çox xəbərlər