Davamlı inkişafa və siyasi sabitliyə səs vermiş Azərbaycan xalqı
2003-cü ilin Prezident seçkilərindən keçən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti, сənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan şərəfli və uğurlu inkişaf yolu keçib. 2003 – cü ildə Prezident seçilən İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə davamlı inkişafa nailm olmuşdur. Bu illər ərzində ölkəmizdə siyasi sabitlik mövcud olmuş, ölkənin daxili və xarici siyasəti uğurla inkişaf etdirilmişdir.
Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətinə çevirilmişdir. Belə ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 85 faizini təşkil edir. 2003-2018-ci illər ərzində insanların sosial rifahı yaxşılaşdırılmış, əmək haqları təxminən 7 dəfə, təqaüdlər isə 10 dəfədən çox artmışdır. Sosial infrastruktur inkişaf etmişdir. Respublika ərazisində 3100-dən çox orta məktəb, 640-dan çox xəstəxana tikilmiş və ya əsaslı təmir edilmişdir. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi inşa edilərək, əhalinin istifadəsinə verilmiş, ordu quruculuğunda əsaslı yenilik və irəliləyiş olmuşdur. Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımış işğaldan azad edilmişdir və artıq işğaldan azad olmuş ərazilərimizda böyük quruculuq işləri aparılır. Qeyd olunanlar onu göstərir ki, sosial siyasət daim cənab Prezident İlham Əliyevin diqqət mərkəzindədir.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmizin dünyadakı nüfuzu artmışdır. Dövlətimizin başçısının uğurlu fəaliyyət modeli bütün dünyanın qabaqcıl ölkələri tərəfindən qəbul olunmuşdur. Prezident İlham Əliyev görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanmışdır.
Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ictimai-siyasi həyatın bütün sahələrində sürətli inkişaf müşahidə olunmuş, Azərbaycanın iqtisadi və hərbi potensialı güclənmiş və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir.
İbrahimov Varaşil
YAP Laçın rayon 34 saylı Ərazi Partiya Təşkilatının sədri, Laçın rayon 7 № – li tam orta məktəbin direktoru

