Güclü külək səbəbindən Bakı-Qazax yolunda hərəkət çətinləşib – VİDEO
Güclü külək Bakı-Qazax avtomobil yolunda nəqliyyatın hərəkətini çətinləşdirib.
ARANTV.AZ-ın məlumatına görə, külək ətrafdakı tozu sovuraraq sürücülərə çətinliklər yaradıb.
Bu səbəbdən avtomobil yolunun Bakıya gələn hissəsində üç yol-nəqliyyat hadisəsi olub.
Ölən və xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Həmin görüntüləri təqdim edirik:

