“Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib”
Prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf, sabitlik və multikulturalizm siyasəti seçkilərdə onun birmənalı qələbəsini şərtləndirib. Azərbaycan xalqı Prezident İlham Əliyevə görülən işlərə yüksək qiymət verərəksəs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən rəsmi nəticələri ilə üst-üstə düşürdü.Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdiribdi.
İlham Əliyevin belə yüksək göstərici əldə etməsinin ən əsas səbəbi ölkədə yaşayış səviyyəsinin yüksəlməsidir. Bir də Azərbaycanın bu münaqişəli regionda stabil ölkə olaraq qalmasıdır.
Azərbaycan xalqının inamı sayəsində 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızPrezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ermənilər döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar, öz doğma dədə-baba torpaqlarınageri dönmək, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Məhz biz bunu Prezident İlham Əliyevin rəhbərliyi altında yeritdiyi möhtəşəm siyasəti nəticəsində gördük.
Prezident İlham Əliyevin siyasətində əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. İlham Əliyev Prezident seçilən ildən bu yana əldə edilmiş daxili və xarici iqtisadi və sosial nailiyyətlər bunu bir daha təsdiqləyir.Həyata keçirilən məqsədyönlü siyasət və struktur islahatları sayəsində ölkəmizdə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi artım prosesləri sürətlənib və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olub. İqtisadiyyatın şaxələndirilməsi, regionların potensialının reallaşdırılması hesabına iqtisadi inkişafın daha da sürətləndirilməsi ilə bağlı həyata keçirdiyi strategiya və qəbul etdiyi Dövlət proqramları bu istiqamətdə müstəsna rol oynamaqdadır.Son illərdə aparılan nəhəng sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini tamamilə dəyişib.
Vəfa Həsənova:

