Cəzaçəkmə müəssisələrində vərəmdən ölənlərin sayı 141 dəfə azalıb
2021-ci ildə cəzaçəkmə müəssiələrində vərəmdən ölüm faizi 1995-ci illə müqayisədə 141 dəfə azalıb.
ARANTV.AZ xəbər verir ki, bunu Ədliyyə Nazirliyini Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, eyni zamanda 2000-ci illə müqayisədə 28 dəfə, 2005-ci illə müqayisədə 13 dəfə, 2010-cu illə müqayisədə 4 dəfə, 2015-ci illə müqayisədə 1,5 dəfə azalma qeydə alınıb.
“Vərəmə nəzarət sahəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində dərmanlara həssas vərəmli xəstələrin 1-ci sıra dərmanlarla “uğurlu müalicə” faizi 96% təşkil edir. Bu rəqəm ÜST tərəfindən tövsiyə olunan hədəf göstəricisinsən (85%) yüksəkdir. Çoxsaylı Dərmana Davamlı (CDD) formalı (Rifampisinə Davamlı) vərəmli xəstələrin 2-ci sıra və yeni dərmanlarla uğurlu müalicə” faizi 88% təşkil edir. Halbiki, ÜST tərəfindən tövsiyə olunan hədəf göstərici 75%-dir” – o qeyd edib.
Rəfail Mehdiyev onu da bildirib ki, vərəm hallarının sayı, o cümlədən, “açıq formalı və ÇDD fomalı vərəm hallarının sayı kəskin azalıb.
“2021-ci ildə bütün vərəm hallanının sayı 2011-ci illə müqayisədə 3,7 dəfə, ÇDD vərəm hallarının sayı isə 3,3 dəfə az olub. 100 000 nəfər populyasiya üçün hesablanan vərəm üzrə “xəstələnma göstəricisi 2021-ci ildə 2011-ci illə müqayisədə 4,6 dəfə azalıb” – deyə o bildirib.

