Siyasət 

Ceyhun Bayramov Bakıda Avropa Şurasının baş katibi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç ilə görüşüb.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbərinin “Twitter” hesabında məlumat verilib.0

“Biz Avropa Şurası – Azərbaycan münasibətləri, əməkdaşlığın perspektivləri, regional məsələlər, həmçinin Ukraynadakı vəziyyət barədə hərtərəfli müzakirələr apardıq. Regionun sülh və firavanlıq şəraitində inkişafı ilə bağlı Azərbaycanın mövqeyini bölüşdüm”, xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Daha çox xəbərlər