Rusiyada 37 yaşlı azərbaycanlı zavod direktoru öldü – FOTO
Rusiyada azərbaycanlı zavod direktoru vəfat edib.
ARANTV.AZ-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
37 yaşlı Elvin Məmmədov adlı soydaşımız ürəktutmasından dünyasını dəyişib.
E.Məmmədov Saxa-Yakutiya Dövlət Məclisinin üzvü, Saxa Azərbaycanlılarının Diaspor Təşkilatının başçısı, tanınmış xeyriyyəçi Əliş Məmmədovun oğludur.

