Rumıniyada kişi avtomobilini Rusiya səfirliyinin hasarına çırpdıqdan sonra intihar etdi – VİDEO
Rusiyanın Rumıniyadakı səfirliyinin hasarına avtomobil çırpılıb.
Bu barədə “Digi 24” telekanalı məlumat yayıb.
Bildirilir ki, yüksək sürətlə hərəkət edən avtomobil çırpıldıqdan sonra yanmağa başlayıb. Yanğınsöndürənlər yanğını söndürsələr də, sürücünü xilas etmək mümkün olmayıb.
Polis sürücünün qəsdən bu hərəkəti etdiyini ehtimal edir.
Kanalın mənbəsi bildirib ki, qəzadan sonra sürücü avtomobildən düşüb. Polis əməkdaşları ondan hadisə yerindən uzaqlaşmağı tələb edib. O, buna qarşılıq olaraq özünü yandırıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini araşdırır.
Mənbə: Fontanka

