Azərbaycan xalqı öz Prezidentinə ürəkdən inanır, etibar edir və dəstəkləyir.
Xalqların, dövlətlərin yüksəlişini təmin edən səbəb təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir.
Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasət həyata keçirməklə zirvələrə daşıyacaq Lider-şəxsiyyət yetişdirməklə dövlətçilik tariximizin ən böyük xidmətlərindən birini göstərmişdir. 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edərək: “İnanıramki mənim axıra çatdıra bilmədiyim tale yüklü məsələləri, planları, işləri sizing köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, deyən Ümummilli Liderin inamı özünü tam doğrultmuşdur. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə Ulu Öndərin layiqli varisi İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi. Cənab İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni bir mərhələnin əsası qoyuldu. Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı.
2018-ci il aprelin 11-də keçirilmiş Prezident seçkilərində Azərbaycan xalqı yenidən Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə səs verməklə ölkəmizdə dayanıqlı iqtisadi-inkişafa, tərəqqiyə, sabitliyə, demokratiyaya səs vermiş oldu. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Dövlət başçısı cənab İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin inkişafına, güclü iqtisadiyyat quruculuğuna, dövlətin hərbi qüdrətinin və beynəlxalq nüfuzunun, dostlarının və strateji tərəfdaşlarının sayının artmasına nail oldu. Bütün bu reallıqlar Azərbaycanın qlobal arenada mövqeyinin möhkəmləndirilməsini, nəticədə ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını təmin etdi.
2020-ci il sentyabrın 27-də Qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız cəmi 44 gün ərzində azad olundu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalmış qətnamələrini Azərbaycan Prezidentinin rəhbərliyi və xalqın dəstəyi ilə Şanlı Ordumuz icra etdi.
Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan xalqı 2018-cü ildə yenidən düzgün seçimini etmiş, ən mühüm tarixi qərarını vermişdir. Azərbaycan xalqı öz Prezidentinə ürəkdən inanır, etibar edir və dəstəkləyir.

