Dövlət proqramı ilə xaricdə təhsilə sənəd qəbulunun başlanılması BU TARİXDƏ planlaşdırılır
Sentyabr ayında 2022-2023-cü tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı sənəd qəbuluna başlanılması planlaşdırılır.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.
O qeyd edib ki, Dövlət Proqramı çərçivəsində müvafiq seçim və maliyyələşmə qaydaları yaxın zamanda təsdiq olunacaq.
“2007-2015-ci il” Dövlət Proqramında əvvəldən təhsil alan şəxslərin sonradan maliyyələşməsi kimi təcrübə olub.
Hazırda təhsil alan şəxslərin Dövlət Proqramı vasitəsilə ilə maliyyələşməsi mümkün ola bilər.
Seçim və maliyyələşmə qaydaları təsdiq olunduqda bunlar nəzərə alınacaq. Yəqin ki, bundan sonra Dövlət Proqramından əvvəl təhsil alan şəxslərin maliyyələşməsini də həyata keçirmək mümkün olacaq”, – deyə o bildirib.

