Ulu Öndər Heydər Əliyev irsinin ən layiqli davamçısı
Azərbaycan bu günkü inkişafı ilə,iqtisadi,siyasi,hərbi,mədəni və s.istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir,ön siyahılarda yer alır.Bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin,Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi,yorulmadan çalışması,uzaqgörən xarici və daxili siyasəti dayanır.Cənab Prezident İlham Əliyevin 18 illik hakimiyyəti dövründə Azərbaycan misilsiz inkişaf yolu keçmişdir.Siyasi,iqtisadi imkanların genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib.Bu gün regionda reallaşdırılan bütün beynəlxalq,irimiqyaslı layihələr Azərbaycanın iştirakı,onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.Azərbaycanı beynəlxalq konfransların,simpoziumların,yarışların,qlobal fəaliyyətlərin mərkəzinə çevirən Prezident İlham Əliyev ölkəmizdəki tolerantlığı,multikulturalizmi,dialoq mühitini, bəşəri və milli dəyərlərə verilən önəmi,dinc və birgəyaşayışın nümunəvi formalarını bütün dünyaya çatdırmaqdadır.Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bugün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı,etibarlı tərəfdaş kimi tanınır.
18 ilin zirvəsində təbii ki,işğal altındakı torpaqlarımızın azad olunması,ərazi bütövlüyümüzun bərpası ilə nəticələnmiş Vətən Müharibəsi dayanır.Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər xalqımızın qəhrəmanlıq tarixinə,yeni qızıl hərflərlə yazıldı.Azərbaycan qalib ölkəyə,xalqımız qalib xalqa çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 il ərzində mənfur düşmənlərimiz tərəfindən xarabalıqlara çevrilmiş torpaqlarımızda günbəgün canlanma müşahidə olunmaqdadır.Möhtərəm Prezidentimizin dediyi kimi “Qarabağımız Cənnət Məkana çevrilməkdədir”. Prezidentin müntəzəm olaraq bölgələrə etdiyi səfərlərdə yeni obyektlər açılır,infrastruktur layihələri icra olunur.Elm və təhsilə,səhiyyəyə,hərbiyə,mədəniyyətə sosial iqtisadi məsələlərə,bir sözlə bütün sahələrə dövlət başçısının xüsusi diqqəti və qayğısı müşahidə olunur.Ötən on səkkiz ilə nəzər salsaq görərik ki dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib.
Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanib ,ona arxa və dayaq olub.Prezidentimiz həmişə böyük fəxrlə deyir ki,bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai siyasi mühit,xalqla iqtidarın birliyi dayanır.Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev Azərbaycan xalqını bundan sonra da, öz arxsınca zirvədən zirvəyə,qələbədən qələbəyə aparacaqdır!
YAP Tərtər rayon təşkilatının Tərtər rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının sədr müavini – Rəvan Həsənov

