Gündəm 

Danimarkanın pivə istehsalçısı Rusiyadakı biznesini satır

Rusiya bazarını tərk etmək qərarına gələn Danimarkanın “Carlsberg Group” pivə korporasiyası Rusiyadakı biznesinin satışı ilə bağlı “Çernoqolovka” şirkətlər qrupu və İsrailin CBC qrupu ilə danışıqlar aparır.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Danimarkanın “Berlingske” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

“Carlsberg” Rusiyadakı iri biznesini satışa çıxarmaq qərarına gəldikdən qısa müddət sonra, Danimarka pivə zavodunun Rusiya aktivlərini əldə etmək üçün ilk sorğuların aldığı bildirilir.

“Carlsberg” hələ satış prosesinin necə gedəcəyini və onun nə vaxt başa çatacağını açıqlamayıb. Lakin ilk müraciət edənlər artıq qeydiyyatdan keçiblər. Rusiyanın qazlı içkilər istehsalçısı “Çernoqolovka” “Baltika”nı almaqda maraqlı olduğunu bildirib. Bu brend “Carlsberg”in Rusiya biznesinə adıdır. Şirkətin səkkiz böyük pivə zavodunda 8 mindən çox işçisi var.

İkinci maraqlı tərəf “Carlsberg”in 2008-ci ildə “Israel Beer Breweries”dəki payını satdığı İsrail şirkəti “CBC Group”dur.

Daha çox xəbərlər