Cəmiyyət 

Oruc tutanlar üçün imsak və iftar süfrəsi açdıranlar artıb – Bəs qiymətlər necədir? – SİYAHI

Artıq bir neçə gündür ki, bütün müsəlmanların müqəddəs ayı hesab olunan Ramazan ayı başlayıb. Bu ayın müstəhəb əməllərdən biri də oruc tutanlara iftar verməkdir. Son illər xidmət sektorunun inkişafı ilə bu xeyirli və savab əməli qazanmaq, oruc tutan əzizlərinə imsak ya iftar süfrəsinə qonaq etmək daha da asanlaşıb. Söhbət restoranların hazır iftar menyularından gedir.

Orucunu tamamlayıb iftar vaxtına çatan şəxs üçün həmin an sevinc anı sayılır. Və əyər seçilən restoran oruc tutan şəxsin tələblərini tam təmin edə bilirsə, qiymət-keyfiyyət nisbəti də qənaetbəxş edərsə, düşцnürük ki, bu da həmçinin sahibkara da bir savab kimi yazılacaq.

Obyektlərin elanlarına nəzərə yetirərək, müxtəlif kampaniyalar, menyular və qiymətlərə rast gəldik. Menyuların əksəriyyəti iki nəfərlik üçün hesablanıb. İftar menyuları daha çox qəlyanaltı, şorba, ana yemək, su və xurmadan ibarətdir. Qiymətlər 10-30 manat arasında dəyişir. Lakin əfsusslar olsun ki, bir çox iftar menyusu realda adi “business lunch”-dan seçilmir, amma qiyməti daha artıq olur.

Rastlaşdığımız iftar menyusuna bir nəfər üçün ən ucuz qiymət – @pizzadaromabaku – 11 AZN;

ən bahalısı – @gunaydin.baku 80 AZN.

İmsakla bağlı isə ən çox rastlaşdığımız qiymət – 15 manatdır.

@ozsut_baku 15 AZN
@beyran.az 15 AZN
@themoodbaku 15 AZN
@montenapoleonecafe 15 AZN
@babat.ehmedli 14 AZN
@kure.pizza 12 AZN

İmsak əskəriyyətdə açıq bufet şəklində təqdim olunur.

Açıq bufet nədir?

Bufet yeməkləri təqdim etmək üçün xüsusi bir üsuldur. Qonaq süfrəsində təqdim olunan standart yemək dəsti (məze, salat, əsas yemək, desert) əvəzinə bufet xidmətində yeməkləri, həcmini, sayını “Unlimited” seçmək imkanı qazanırsan, çünki təamlar xüsusi bufet piştaxtalarında təklif olunur. Beləliklə, qonaq öz seçiminə uyğun olaraq özünə xidmət etmək imkanı əldə edir.

Bufet ənənəvi yeməklərdən daha az texniki xidmət xərcləri tələb edir, çünki qonaqlar əsasən özləri xidmət edirlər. Klassik yanaşmada işçilər yalnız piştaxtaya daha populyar olan yeməkləri əlavə etməlidirlər, lazım gələrsə, içkilər təqdim etməli və qabları təmizləməlidirlər.

Lakin əfsusslar olsun ki, Azərbaycan reallığında açıq bufet hazır yeməklər, lakin onları sizə porsion təqdim edən əməkdaşlar kimi görünür.

@ozsut_baku-nun imsak bufeti hotel səhər yeməklərini xatırladır. Elanda belə təqdim olunan çeşidlərin sayını təqdim edirlər – 52 çeşid. Həmçinin @themoodbaku da çeşidin sayını açıqlayır – 50 çeşid.

Lakin, iftar süfrəsi klassik açıq bufet kimi təqdim olunsa, ən gözəl seçim bu olar. Bu tip xidməti isə sayılı sayda restoranlar təqdim edir. Hələki ikisi ilə rastlaşdıq:

@excelsiorbaku – 23 AZN

@khamsarestaurantbaku – 35 AZN

Bu siyahıda isə adi iftar menyuların qiyməti ilə tanış ola bilərsiniz:

Bir nəfərlik qiymət

@xanedan.etno.restoran 20 AZN
@circle.restaurant 30 AZN
@taksimkebap 30 AZN
@koza_restaurant_baku 25 AZN
@sebebivar.restaurant 25 AZN
@museuminnbaku 26 AZN
@qonshurestaurantbaku 13, 18 AZN
@salambaku_lounge 19.90 AZN
@meduza_restoran 20 AZN
@vapiano_baku 14.90 AZN
@manqalustu_restaurant 23 AZN
@tastystation.baku

23 AZN
@cuppacoffeebaku 30 AZN
@comeinbaku 15, 18 AZN
@dolma.restaurant 15 AZN
@chefborekbaku 12, 15 AZN
@panoramic_restaurant 32 AZN
@natavan_restaurant 25, 30 AZN
@hillside_restaurant_ 19 AZN, 23 AZN, 33 AZN
@koloritkafe 16 AZN
@pizzainnbaku 19.90 AZN
@laterraccebaku 18 AZN
@ibisbakucity 25 AZN
@tendirmendirbaku 14.30 AZN
@taksimkebap 30 AZN
@bibaricigkofte8noyabr 12 AZN
@sedef_restaurant 22 AZN
@meh.restaurant 20 AZN
@yuxa_restaurant 15 AZN

2 və daha nəfərlik menyular:

@_cafe_jardin_ 24 AZN
@burcqala 38 AZN
@telequllebaku 2 nəfərlik 48, 60 AZN, 3 nəfərlik 90 AZN
@lemankulturbaku 49 AZN
@chanaqqala 30 AZN

Allah tutduğunuz orucu qəbul etsin.

AviaTravel 

Turizm və aviasiya haqqında daha çox məlumat – www.aviatravel.az

Daha çox xəbərlər