Region Xəbərləri 

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı.

Müasir Azərbaycan Respublikası müstəqilliyinin ilk illərindən başlayaraq hüquqi,demokratik,dünyəvi dövlət yaratmaq məqsədini elan etmiş və bu sahədə qətiyyətli,ardıcıl siyasət həyata keçirmişdir.
1991-1993-cü illərdə Azərbaycanda cərəyan edən ziddiyyətli və mürəkkəb proseslər,ölkənin müstəqilliyi üçün real təhdidlərin meydana gəlməsi,vətəndaş qarşıdurması meyillərinin güclənməsi göstərdi ki, ölkəni bu vəziyyətdən yalnız Heydər Əliyev kimi uzaqgörən ,müdrik dövlət xadimi xilas edə bilər .Heydər Əliyevin siyasi hakimiyyətə qaydışı ilə müstəqilliyimiz üçün yaranan təhlükələrdən ölkəmiz sığortalanmış oldu .Heydər Əliyevin davamlı inkişaf konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir dəyərləri özündə birləşdirən yeni inkişaf modeli oldu.
Bu gün Azərbaycan Heydər Əliyevin əsasını qoyduğu inkişaf yolu ilə Prezident İlam Əliyevin rəhbərliyi altında gələcəyə,inkişafa doğru inamla irəlləyir.,,Əsl siyasət konkret,real iş görməkdən ibarətdir”deyən cənab İlham Əliyev tarixə yeni missiya ilə qədəm qoymuşdur.
15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini toplayaraq dövlətin ali rəhbəri seçilməsi ilə yeni bir mərhələnin əsasını qoydu.Prezident seçildiyi illər ərzində cənab İlham Əliyev yeni missiyanin həll etməli olduğu vəzifələrə öncə Azərbaycanda bir çadır şəhərciyinin belə qalmayacağını,məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin vacibliyini,yeni iş yerlərinin açılmasını,yoxsulluğun aradan qaldırılması,neftdən gələn gəlirlə qeyri-neft sektorunun inkişaf etdirilməsi,aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirilməsini və s.problemlərinin həllini daxil etmişdir.Uğurlu siyasət nəticəsində bu inkişaf sistemli və davamlı xarakter kəsb etdi.
İlham Əliyevin ölkəyə uğurlu rəhbərliyi Azərbaycan xalqının onu 2008,2013,2018-ci illərdə də Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçməsində aydın təzahür edir.
Ölkəmizdə 2018-ci il 11 apreldə keçirilən prezident seçkilərində Cənab İlham Əliyev seçkilərin 86.03%-nin səsini toplayaraq növbəti dəfə prezident seçilmişdir.Növbəti dəfə xalqın etimadını qazanan liderin rəhbərliyi altinda Azərbaycan öz inkişafinin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur.Bu mərhələ özündə bütün sahələri əhatə edən,genişmiqiyaslı və davamlı islahatlar ilə xarakterizə olunur.Keçirilən bütün islahatlar ölkəmizin daxili siyasi uğurlarını şərtəndirir,vətən həmrəyliyini gücləndirir,siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir.Xarici siyasət istiqamətində mövqelərimiz daha da möhkəmlənir.
İlham Əliyev Azərbaycanin dünyanin nəhəng beynəlxalq təskilatı olan BMT TŞ-ya üzv olmasını əsas hədəf kimi müəyyən etmişdi.
Bu gun müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altinda torpaqlarimizi Ermənistanin isğalçı silahlı qüvvələrindən azad etmək missiyasını şərəflə yerinə yetirmişdir.
Geosiyasi prosesləri dəqiqliklə təhlil edən Prezident İlham Əliyevin müdrik qərarlarının nəticəsində 30 illik problemi Azərbaycan ordusu 44 günə həll etdi.Düşməni,,Dəmir yumruq”la əzib məhv edən Ali Baş Komandan yeni reallıqlar yaratdı.Bu həqiqətlər ermənilərin 100 illik planlarini,erməniçilik idealogiyasını çökdürülməsi idi.Bu Heydər Əliyev vəsiyyətinin gerçəkləşməsi ,Azərbaycan xalqının arzusunun həyata keçməsi demək idi.Bu reallığı həyata keçirən görkəmli lider tarixdə öz adını və izini qoydu.
30 il ərzində xarabazarlığa çevrilmiş torpaqlarımızda tezliklə canlanma müşahidə edildi.İşğaldan azad edilmiş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir.
İlham Əliyev yalnız ölkədaxili məsələləri həll etməklə qalmir,həm də beynəlxalq aləmdə də fəal siyasət aparır.Dövlətlərarası münasibətlərin,beynəlxaq təşkilatlarin fəaliyətinin həyata keçirilməsində aktiv iştirak edir.
Apardığı siyasətlə,gördüyü işlərlə,davamlı və yorulmadan çalışması,müdrik qərarlarıyla İlham Əliyev xalqin uğur simvoluna,ümid yerinə çevrilib.Ölkənin qazandığı uğurların baş memarı olan İlham Əliyev artıq tarixdə Qurucu Prezident olaraq özünə layiqli yer qazanmışdır.
HABİL MƏMMƏDOV-YAP KƏLBƏCƏR RAYON TƏŞKİLATININ ƏMƏKDAŞI.

Daha çox xəbərlər