Eldar Şamı Dövlət Təbiət Qoruğunda yanğın olub

Eldar Şamı Dövlət Təbiət Qoruğunda yanğın olub

Samux rayonunda Eldar Şamı Dövlət Təbiət Qoruğunun ərazisində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “İki sahil”ə verilən xəbərə görə, qoruq ərazisində əqribən 3 ha sahədə quru ot, kol-kos və ağaclar yanıb.

Qoruğun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.