Dünya 

Rusiyanın cənubunda və mərkəzi hissəsində qapalı hava məkanı rejiminin müddəti uzadılıb

“Rosaviasiya” aprelin 13-dək Rusiyanın cənub və mərkəzi hava limanlarına uçuşlara qadağa qoyub. Belə ki, şirkət bu hava limanlarına uçuşların müvəqqəti məhdudlaşdırılma müddətini 13 aprel 2022-ci il Moskva vaxtı ilə saat 03.45-ə qədər uzadıb.

Beləliklə, bu müddətə qədər Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov-Don, Simferopol və Elista hava limanlarına uçuşlar həyata keçirilməyəcək.

Sərnişinlərin daşınması üçün isə Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskva hava limanlarından istifadə etmək tövsiyə olunur. Rusiyanın qalan digər hava limanları, o cümlədən beynəlxalq hava limanları isə normal rejimdə işləyir.

Mənbə: Gazeta.ru

Daha çox xəbərlər