İSLAM 

Ramazan ayında qurban kəsmək olar? – AÇIQLAMA

Ramazan ayında müzakirəli məsələlərdən biri də, bu ayda kəsilən qurbanla bağlıdır. Bir çoxları orucluq zamanı qurban kəsməyin doğru olmadığını desə də, digərləri bunun tam əskini bildirirlər. Ramazan ayında qurban kəsmək olarmı?

Məsələ ilə bağlı Sonxeber.az-a ilahiyyatçı, Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov açıqlama verib.

O bildirb ki, Ramazan ayında da, başqa aylarda da qurban kəsilə bilər və bununla bağlı heç bir məhdudiyyət yoxdur:

“Ümumiyyətlə qeyd etmək lazımdır ki, İslamda qurban iki növə bölünür: sırf Qurban bayramında, Ərəfə dövründə kəsilən qurbanlar və hər hansı bir niyyətin həyata keçməsi, arzuların gerçəkləşməsi üçün niyyət edilib kəsilən kəsilən qurbanlar.

Ramazan ayında qurban kəsməyin qadağan olması ilə bağlı fikirlər əsassızdır. Əgər bir insan hansısa məsələ ilə bağlı niyyət edibsə və niyyəti həyata keçibsə, qurbanı gecikdirmədən mütləq kəsməlidir.

Hətta hesab edirəm ki, Mübarək Ramazan ayında kəsilməsi savab ola bilər: qurban kəsilərək imkansız ailələrə paylansa, onlar da Ramazan ayında qurban əti ilə iftar edərlər.

Bir məsələni də qeyd etmək lazımdır ki, nəzir qurbanı bütövlükdə tam paylanılmalıdır. Yəni onu kəsən insan, İslam dininə görə, özü istifadə etməməlidir. O kəsilən qurban tam olaraq imkansız insanlara paylanılmalıdır.

Qurban bayramında kəsilən qurban isə, 3 hissəyə bölünə bilər. Qurbanı kəsən özünə götürə, qohumlara və qonşulara paylaya bilər. Dinimizin yanaşması bundan ibarətdir”.

Daha çox xəbərlər