Xalq həmişə olduğu kimi 2018-ci ildə də doğru,müdrik seçim etmişdir.
Dörd il əvvəl 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində cənab İlham Əliyevin xalqın 86,02 faizinin etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilməsi məhz bu sevginin, inamın əyani təzahürü idi.Azərbaycan xalqı növbəti dəfə cənab İlham Əliyevə yüksək etimad göstərdi və bir daha sabitliyə inkişafa səs vermiş oldu.Xalq həmişə olduğu kimi,bu dəfə də doğru,müdrik seçim etmişdir.Bu seçim cənab İlham Əliyevdir. Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti bilavasitə əlaqədardır.Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə yüksəlib, Azərbaycanın Beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyir. Bunun ən başlıca səbəbi Azərbaycanda həyata keçirilən siyasətin xalqın mənafeyini tam ifadə etməsidir .2018-ci ildə Prezident İlham Əliyevin sosialyönümlü dövlət quruculuğunun təmin olunması istiqamətində apardığı uğurlu siyasət nəticəsində əhalinin sosial rifah halı yaxşılaşıb, işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Cənab Prezidentin apardığı bu siyasət bir daha sübut edir ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial baxımından aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir. 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində Cənab İham Əliyev xalqın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.Bu qələbə bütövlükdə Azərbaycan xalqının zəfəridir. Lider-xalq birliyinin sarsılmaz olduğunu bir daha sübut edən 11 aprel seçkiləri həm də Azərbaycanda demokratiyanın növbəti təntənəsi oldu. Son on ildə Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmizin dünyadakı nüfuzu artmışdır. Dövlətimizin başçısının uğurlu fəaliyyət modeli bütün dünyanın qabaqcıl ölkələri tərəfindən qəbul olunmuş, Prezident İlham Əliyev görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanmışdır. Əsası ümummilli lider tərəfindən qoyulan daxili sabitlik sahəsində qazanılmış uğurlar milli birliyin möhkəmləndirilməsi istiqamətində daha da inkişaf etdirilmiş, dönməzliyə çevrilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi, elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizdə böyük uğurlar qazanılmış, demokratik inkişaf, suverenlik və özünütəminetmə prinsiplərinə söykənən müstəqil Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr arasında ən qabaqcıl yerlərdən birini tutmuşdur. Şübhəsiz, bütün bu nailiyyətlərin əsasında güclü lider fenomeni dayanır. Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi on il ərzində ictimai-siyasi həyatın bütün sahələrində sürətli inkişaf müşahidə olunmuş, Azərbaycanın iqtisadi və hərbi potensialı güclənmiş və əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bugünkü milli inkişafın fundamental əsaslarını ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün qanunauyğunluqlarına müvafiq surətdə qətiyyətlə və böyük uğurla davam etdirilməsi təşkil edir. Müasir Azərbaycanın gerçəkliklərini ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsi, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin olunması, müxtəlif inkişaf modellərinin uğurla tətbiqi,sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi təşkil edir. Mahiyəddin MAZANOV – Yeni Azərbaycan Partiyası Goranboy Təşkilatının əməkdaşı

