Balakəndə indiyədək 1762 hektar sahədə yazlıq bitkilər əkilib
Balakən rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri bu günədək 1762 hektar sahədə yazlıq bitkilər əkiblər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul istehsalçıları 841 hektar sahədə tərəvəz bitkiləri, 526 hektarda kartof, 8 hektarda paxlalılar əkib, 346 hektar sahəyə yonca səpiblər. Rayonda dən üçün qarğıdalı əkininə də başlanılıb və bu günədək 41 hektar sahəyə qarğıdalı əkilib.
Təsərrüfatlarda, eyni zamanda, tütün əkini üçün şitillərin yetişdirilməsi və taxıl əkinlərinə aqrotexniki xidmət işləri də davam etdirilir.

