Region Xəbərləri 

Şamaxıda kartof əkini sahələri genişləndirilir

Şamaxı rayonunda ənənəvi təsərrüfat sahəsi olan kartof əkininə başlanılıb və qısa vaxtda 68 hektar sahədə əkin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il Şamaxıda 338 hektar sahədə kartof əkilmişdi. Bu il isə əkin sahələrinin 350 hektardan çox olacağı gözlənilir. Mart ayının, xüsusilə ikinci yarısında havaların əlverişsiz keçməsi, tez-tez yağan yağışlar və qar əkinçilərin işində ciddi çətinliklər yaratmışdı. Kartofun daha çox əkildiyi şimal dağlıq ərazilərdə, o cümlədən Qızmeydan, Dəmirçi, Ərçiman, Səfalı, Zarat-Xeybəri və bir sıra digər ərazi icra nümayəndəliklərində son günlər işlər sürətlənib.

Daha çox xəbərlər