Azərbaycanda arı ailələrin sayı artıb
2022-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycanda bütün təsərrüfat kateqoriyaları üzrə 625 300 vahid arı ailəsi mövcud olub.
ARANTV.AZ-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı təhlilə görə, ötən il yanvarın 1-nə nisbətən arı ailələrinin sayı 28 648 vahid və ya 4,8% artıb.
Mövcud arı ailələrinin böyük əksəriyyəti (99,7%-i) fərdi sahibkarın, ailə kəndli və ev təsərrüfatlarının payına düşüb ki, son bir ildə bu rəqəm 28 098 vahid və ya 4,7% artaraq 623 591 arı ailəsi təşkil edib.

