Bakıda yeniyetmə bıçaqlanıb
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində qeydə alınıb.
15 yaşlı Əliyev Kamal Elçin oğlu tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı o bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktı hüquq-mühafizə orqanların əməkdaşları araşdırır.

