Oruc tutanlar necə qidalanmalıdır? -Ramazan ayı ilə bağlı TÖVSİYƏLƏR – VİDEO
Ramazan ayında oruc tutanların qidalanma rejimi digər vaxtlarla müqayisədə fərqlidir.
Çünki orqanizm gündəlik yemək vərdişlərindən uzaqlaşır. Bu zaman maddələr mübadiləsi də zəifləyir. Buna görə də imsak və iftar vaxtlarında doğru qida seçimi etmək lazımdır ki, immunitetimiz aşağı düşməsin.
Diyetoloq Gülşən Rzayeva bildirir ki, imsakı sadəcə su ilə kifayətlənmək olmaz. Mütləq şəkildə səhər yeməyi yeyilməlidir.
Gün ərzində çox susamamaq üçün isə müəyyən qidalar var ki, imsak zamanı onlardan da istifadə edilə bilər.

