“Brüssel görüşü Azərbaycan Diplomatiyasının uğurlu davamıdır.”
Azərbaycan Respubliukasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə 6 aprel 2022 -ci il tarixdə Brüsselə rəsmi səfərə getdi.
Azərbaycanın milli maraqları təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur. Ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14 -də keçirilib.Davamı olaraq bu görüş Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Üçtərəfli görüşlər və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Bəli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format -Brüssel sülh gündəliyi yaratdı .Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb,telefon danışıqları keçirilib.
Həmişə danışıqlar zamanı Azərbaycan öz mövqeyini ortaya qoyub , sülhün ,əminamanlığı tərəfdarı olduğunu,bölgədə dayanıqlı sülhün olmasını istəmişdir.Ancaq həmişə müxtəlif bəhanələr və dekonstruktiv mövqe göstərn Ermənistan danışıqların səmərəsiz olamsını istəmiş vaxt uzatmışdır.
-Ədalətli sülhün və Azərbaycanın ərazi bütöblüyünün təmin olunması istiqamətində mühüm qərar.
Aprelin 6- da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması qərara alınıb.Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə müvafiq təlimatlar verilib.Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
-Gərginliyin azalmasına xidmət edən razılıq.
Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması,birinci növbədə sərhədlərin deliitasiya prosesinə başlaması barədə razılıq əldə olunub.Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır .Tərəflər əldə olunan danışıqlara ikitərəfli rəiyət etməlidi.Hər bir zaman bu Ermənistan tərəfindən pozulmuşdur.
-Avropa İttifaqının dəstəyi.İşğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə ,itkin düşmüş şəxslərin tapılması,eləcə də quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur. İnfrastruktur layihələr müstəvisində əməkdaşlıq. Nəqliyyat -kommunikasiya xətlərinin bərpası və yaradılması,dəmir yolu və avtomobil yolunun çəkilməsi,iqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınmışdır.
-Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədirlik institutuna istinad yoxdur.Sözügedən fakt onu onu göstərir ki,Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib.Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Aşərzərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranmışdır.
-Nüfuzlu beynəlxalq təşkilatın rəsmi mövqeyi. Avropa İttifaqı dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biridir,qərəzsiz və bitərəfdir ,Azərbaycan və Ermənistan ona etimad göstərirlər.Avropa İttifaqının məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Hər iki Dövlətə sülh və əminamanlıq yaratmaqdır.
-Səmərəli və konstruktiv əməkdaşlıq.
Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi,Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması ,sülh müqaviləsi,sərhədləırin delmitasiyası,kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir.
-Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təması ,onun Cənubi qafqaz regionunda sülh və sabitliyin bərqərar olunmasında mühüm amil kimi görür.Son iki ayda Azərbaycan Prezidenti ilə dünya Liderləri,dövlət və hökumət başçıları arasında dialoq ,telefon danışıqları,Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir.
Azərbaycanın Diplomatik müstəvidə qələbəsi danılmazdır.Hazırda Ermənistanda gedən proseslər və Erməni cəmiyyətində Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır. Necə ki 30 ilə yaxın bir müddətdə həmişə nüfuzlu beynəlxalq təşkilatların vasitəçiliyi ilə aprılan danışıqlarda qeyri konstruktiv mövqe tutması .Sonda bu proseslərə son qoydu . Azərbaycan Respublikası 44 gün ərzində öyüş meydanında Müzəffər Ordusunun gücü ilə son qoydu.Ərazilərini şğaldan azad etdi bütün səmərəsiz danışıqlar sona çatdı..
Yaşasın Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı başda olmaqla Yenilməz, Rəşadətli Azərbaycan Ordusu. Qarabağ Azərbaycandır.
İbrahim Sadıqov
Kəlbəcər rayon Dövlət Arxiv İdarəsinin müdiri. YAP üzvü

