Dünya 

Bu günə qədər Ukraynada 177 uşaq müharibənin qurbanı olub – RƏSMİ

Rusiya ordusunun Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar keçirməsi nəticəsində 177 uşaq ölüb.

Bu barədə Ukrayna Baş Prokurorluğunun məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, hərbi əməliyyatlar başlayandan indiyədək 336-dan çox uşaq xəsarət alıb.

“Bu rəqəmlər yekun məlumatı əks etdirmir, belə ki, aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və işğaldan azad edilmiş ərazilər üzrə məlumatlar tam dəqiqləşdiriliməyib”, – Ukrayna Baş Prokurorluğunun məlumatında qeyd olunur.

Ən çox qurbanlar Donetsk, Kiyev və Xarkov vilayətlərindədir.

Mənbə: Ukranews.com

Daha çox xəbərlər