Dünya 

Finlandiya və İsveç bu yay NATO-ya daxil olmaq istəyir

Finlandiya və İsveç bu yay NATO-ya üzv olmaq niyyətindədir.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bunu Times qəzeti Alyansdakı mənbəyə istinadla yayıb.

Mənbənin bildirdiyinə görə, hər 2 ölkənin NATO-ya üzvlüyü məsələsi xarici işlər nazirlərinin görüşlərində dəfələrlə müzakirə olunub.

“Görünür Finlandiya kimi İsveç də yayda üzvlük üçün ərizə verəcək” – deyə mənbə bildirib.

Avropa diplomatları qəzetə bildiriblər ki, sözügedən ölkələrin NATO-ya qəbul edilməsi Alyansı möhkəmləndirə bilər.

Daha çox xəbərlər