Hadisə 

Vətən müharibəsi şəhidinin atası vəfat etdi

Vətən müharibəsi şəhidi Ağacavad Mütəllimzadənin atası vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, şəhidin atası Ələsgər Mütəllimov ötən gün yaşadığı Maştağa qəsəbəsində dünyasını dəyişib.

Ə.Mütəllimovun ağır xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Ağacavad Mütəllimzadə 2020-ci il oktyabrın 22-də Xocavənd döyüşləri zamanı şəhid olub və Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn olunub. O, Vətən müharibəsindəki şücaətlərinə görə bir neçə medalla təltif edilib.

Vətən müharibəsi şəhidinin atası vəfat etdiVətən müharibəsi şəhidinin atası vəfat etdiVətən müharibəsi şəhidinin atası vəfat etdi

Daha çox xəbərlər