Region Xəbərləri 

Qətiyyətli Prezident, güclü Azərbaycan!

Hər vədini əməli fəaliyyəti ilə doğruldan Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı fərmanla martın 5-i Azərbaycanda İdman və bədən tərbiyəsi günü kimi qeyd edilir .Artıq neçə illərdir ki , idmançılar dövlət başçısının fərmanı ilə yüksək dövlət mükafatları, fəxri adlarla təltif olunurlar .Cənab İlham Əliyev 2009-cu ildə də ənənəsinə sadiq qalaraq respublikanın idman həyatında seçilən bir qrup idmançını fəxri adlara ,dövlət mükafatlarına layiq görmüşdür .Cənab İlham Əliyev idmana yüksək qayğının nümunəsi kimi idmançılar üçün Prezident təqaüdü ,dövlət başçısının göstərişi əsasında isə Milli Olimpiya Komitəsi respublikanın adlı-sanlı idmançıları üçün aylıq təqaüd təsis etmişdir . Hər ilin yekunlarına görə 20-dən çox idmançıya mənzillər və digər mükafatlar verilir, idman mütəxəssislərinə, məşqçilərə böyük həcmdə yardım göstərilir.Qazanılmış idman nailiyyətlərinin nümayiş etdirilməsi ilə yanaşı, idman tarixinin öyrənilməsi və təbliği, gənc nəslə sağlam həyat tərzi vərdişlərinin aşılanması, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması istiqamətində də kompleks tədbirlər həyata keçirilir .Azərbaycan Prezidentinin 22 yanvar 2008-ci il tarixi “Azərbaycanda Olimpiya Hərəkatı və İdman Muzeyinin yaradılması haqqında ” sərəncamı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu sərəncam milli idman tarixinin və olimpiya hərəkatında əldə etdiyi uğurların mədəni sərvət kimi öyrənilməsi və təbliğinin daha da gücləndirilməsi məqsədi daşıyır .
Dövlətin qayğısı ilə əhatə olunmuş idman federasiyaları, təşkilatları, klubları, birliklərı də öz işlərini, birmənalı olaraq, Azərbaycan respublikasında idmanın inkişafına sərf etmişdir.Onlar da dövlətdən dəstək alaraq öz işlərini respublikada bədən tərbiyəsi və idmanın inkişafını təmin etmək, gənc nəsilin sağlamlıqlarının qorunması və fiziki inkişafına nail olmaq və vətənin müdafiəsinə hər an hazır olan yüksək əmək qabiliyyətli, fiziki cəhətdən hazırlıqlı gənclər yetişdirmək, həmçinin respublikanın milli yığma komandalarının ehtiyat qüvvələrinin hazırlanmasında fəal iştirakı təmin etmək prinsipi üzərində qurmuşlar. Bu idman təşkilatlarının yetirmələri vahid komanda şəklində fəaliyyət göstərərək beynəlxalq meydanda yüksək zirvələr fəth etmiş, Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında xalqımızı qələbə və medallarla sevindirməkdədirlər.
Tərtər rayon A.Məmmədov adına Dəmirçilər kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi, YAP fəalı – Gülbəniz Allahverdiyeva

Daha çox xəbərlər