Sosial 

DOST konsepsiyası artıq Azərbaycanın yeni brendi kimi tanınır

Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərinə həsr olunmuş “Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusunda mətbuat konfransı keçirilib.

ARANTV.AZ  xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib ki, dövlətimizin başçısının tapşırıqları əsasında sosial sahədə ölkəmizdə aparılan islahatların uğurları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir.

Dövlət başçısının 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan və 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyi sosial sahədə vətəndaş məmnunluğuna yönəlik köklü islahatların ən mühüm nailiyyətlərindən biridir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin (156 növdə xidmət) “bir pəncərə”dən, innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb.

2022-ci ilin fevral ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanına layiq görülən DOST Agentliyinin bu günlərdə Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanması da DOST konsepsiyasının müasir dünyanın innovasiyalar sahəsində mühüm nailiyyətləri sırasında olduğunu göstərir.

Daha çox xəbərlər