Siyasət 

Son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın artıb

2018-ci ilin aprelində Azərbaycan xalqının böyük etimadı ilə yenidən dövlət başçısı seçilən cənab  İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar, imzaladığı fərman və sərəncamlar ötən 4 illik dövrdə ölkənin sosial inkişafı istiqamətində mühüm irəliləyişləri təmin edib.

ARANTV.AZ xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, son 4 ildə minimum əmək haqqı 2,3 dəfə, orta aylıq əmək haqqı 40 faizə yaxın, median əmək haqqı 74 faiz artıb. Minimum pensiyada 2,2 dəfə, orta pensiyada 65 faiz artım, müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə, bəzi istiqamətlərdə  3 dəfədən çox artım baş verib.

Ümumilikdə, 2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamlarla ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paket icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manatdır.

Daha çox xəbərlər