Region Xəbərləri 

Azərbaycan əsgəri düşmənə döyüş meydanında cavab vermişdir.

Azərbaycan əsgərinin Vətən müharibəsində göstərdiyi şücaətin bütün dünya şahididir. 2020-ci il senytabr ayının 27-sindən başlayan Vətən Müharibəsində yaşından, vəzifəsindən və yaşadığı yerdən asılı olmayaraq dünya azərbaycanlılarının ürəyi döyüş meydanında Azərbaycan əsgəri ilə birgə döyünürdü. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan Ordusu döyüş meydanında öz gücünü göstərməklə xalqın inamının əbəs yerə olmadığını sübuta yetirdi. Nəticədə Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında öz üzərinə düşən müqəddəs missiyanı – Vətənin ərazi bütövlüyünü cəmi 44 gün ərzində yerinə yetirdi. “Həlli yoxdur” – deyilən Qarabağ münaqişəsi həllini tapdı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Şanlı ordumuz Azərbaycan xalqını qalib etdi. Artıq biz qalib xalqıq. Dünya xalqları arasında öz sözünü demiş xalqıq. İndi Azərbaycan ordusunun gücü beynəlxalq səviyyədə tanınır, qəbul olunur və hörmət edilir. Məlumdur ki, güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentimizin diqqət və qayğısı sayəsində sistemli ordu quruculuğu prosesi yeni keyfiyyət mərhələsinə yüksəlib. Görülən bütün bu işlər nəticəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Hərbi qüdrətini, ardıcıl olaraq, artıran Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və digər müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Prezidentimizin, dövlətimizin, müzəffər ordumuzun səyi nəticəsində işğaldan azad olunan ərazilərimizdə həyat yavaş-yavaş bərpa olunur. Gələcək nəsillərimiz bu torpaqlarda yaşayıb, mədəni irsimizi bərpa edib yenidən tarix yazacaqlar.
Nərminə Süleymanova –Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi

Daha çox xəbərlər