Region Xəbərləri 

İdmançılarımzın əldə etdikləri qələbələr, uğurlar məhz cənab İlham Əliyevin idmana , idmançılara göstərdiyi diqqət və qayğının nəticəsidir.

Məlum olduğu kimi aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul etmişdir.Dövlətimizin başçısı görüşdə çıxışı zamanı idmançılarımızın böyük qələbə ilə qayıtmasından qürur duyduğunu deyib: “Bir neçə gün bundan əvvəl Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Bu medalların birini qadın idmançımız qazandı, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. Bu, böyük qələbədir, böyük nailiyyətdir”.Bu qələbələr, uğurlar məhz cənab İlham Əliyevin idmana , idmançılara göstərdiyi diqqət və qayğının nəticəsidir.
Dövlətimizin başçısı qeyd etdi ki,bir müddət bundan əvvəl gənc güləşçilərlə görüş zamanı onlara bildirmişdim, yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər: “Mən onları da gənclər arasında Avropa çempionatında birinci yerlə bağlı ürəkdən təbrik edərkən demişdim ki, onlar gələcəkdə də bizi sevindirməlidirlər, böyüklər arasındakı yarışlarda çıxış edərkən bu uğurları təkrar etməlidirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq bir daha demək istəyirəm ki, böyük nailiyyətimizdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Böyüklər arasında biz öz gücümüzü hər dəfə təsdiqləyirik, həm ölkəmizin idman şöhrəti və bütövlükdə ölkəmizin nüfuzu artır”.
Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən deyib ki, “Güləş, qeyd etdiyim kimi, hər birimiz üçün çox əziz idman növüdür, yəqin ki, Azərbaycanda ən populyar, ən məşhur idman növüdür. Ona görə həm məşqçilər, həm idman federasiyasının nümayəndələri, Gənclər və İdman Nazirliyi bu amili nəzərə alaraq güləşə, əlbəttə ki, xüsusi diqqət verməlidirlər. Əminəm ki, gələcək yarışlarda biz, əlbəttə, birinci sıralarda olacağıq”.
Dövlətimizin başçısı onu da söylədi ki, bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır: «İdmanda da elə olmalıdır, elədir və bu halal qələbəni siz öz istedadınız, zəhmətiniz hesabına qazanmısınız və eyni zamanda, bir daha xalqımızın böyüklüyünü göstərmisiniz”.
Həqiqətən də Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüskəlişi deməkdir, çünki bayrağımız ucaldıqda, möhtəşəm himnimiz səsləndikcə dövlətimizin nüfuzu daha yüksək zirvələrə doğru ucalır. Çünki idmanımızdakı nailiyyətlər qalibiyyət simvolumuzun təzahürüdür. Dövlət başçımızın vurğuladığı bu fikirlər uğurlarımızın tarixi Zəfərimizdən doğan növbəti qələbələrimizin müjdəçisidir və eyni zamanda, gücümüzün, qüdrətimizin bariz nümayişidir.Bəli tarixi Zəfərimiz bizi daha möhtəşəm uğurlara səsləyir.Bildiyimiz kimi İki ildən sonra Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. Gələcək yarışlarda da Azərbaycan qalib olacaq. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə dalğalanmasından qürur duyduğumuz üçrəngli bayrağımız yüksəklərə qalxacaq. Prezidentimiz cənab İlham Əliyev görüşdə bu məqamı da xüsusi qeyd etmişdir ki, “Qələbədən daha vacib ləyaqətdir. İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə riayət etməklə öz zəhmətləri hesabına qələbələr qazanıblar”.
YAP Göyçay rayon təşkilatının əməkdaşı: Çingiz İbrahimov

Daha çox xəbərlər