Neftçalada mal-qaranın sayında artım qeydə alınıb
Neftçalada kənd təsərrüfatının aparıcı sahələrindən olan maldarlıqda uğurlu nəticələr qazanılıb. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, baş sayında və heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumat görə, təsərrüfatlar üzrə aprelin 1-i tarixinə iribuynuzlu mal-qaranın sayı 43546 baş olub. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 819 baş və ya 1,9 faiz çoxdur.
İnək və camışların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 672 baş və ya 3,1 faiz artaraq 22505 başa çatıb. Qoyun və keçilərin baş sayı isə keçən ilin eyni dövrü ilə müqayisədə 6715 baş və ya 4,9 faiz artaraq 144845 baş təşkil edib.
Təsərrüfatlar üzrə 2671,9 ton ət istehsalı edilib. Bunu da 1820,1 tonu quş ətidir. 5673,4 ton süd, 3 milyon 642 min ədəd yumurta istehsal olunub.

