Alma və pomidor ixracı ilə bağlı hər hansı məhdudiyyət yoxdur
AQTA Rusiyanın Azərbaycandan pomidor idxalına qadağa qoyması xəbərinə münasibət bildirib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli sahibkarların Rusiyanın növbəti dəfə Azərbaycandan aparılan pomidora qadağa qoyması xəbərlərinə münasibət bildirib.
ARANTV.AZ xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib ki, Rusiyanın müvafiq qurumunun belə bir qərarı yoxdur: “Təcili bildiriş vərəqələrini biz təqdim edirik. İdxal edən ölkələr məhsulda hansısa zərərli maddə aşkarlanarsa, bildiriş göndərir. Bu gün Azərbaycandan alma və pomidor ixrac edilən ölkələrdə hər hansı məhdudiyyət yoxdur”.

