Gündəm 

Azərbaycanda bu il pərakəndə ticarət dövriyyəsi 3% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 11 mlrd. manatlıq, o cümlədən 6,2 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,8 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb

ARANTV.AZ-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6%, qeyri-ərzaq malları üzrə 3,7% artıb.

Məlumata görə, 2022-ci ilin yanvar-mart aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51%-i ərzaq məhsullarının, 5,5%-i içkilər və tütün məmulatlarının, 15,2%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2%-i avtomobil benzini və dizel yanacağının, 4,7%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 14,9%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Daha çox xəbərlər