Artıq “Bəsitçay dövlət təbiət qoruğu”nda işlərə başlanılıb
“Qarabağda mühafizə edilən təbiət əraziləri var. Artıq “Bəsitçay dövlət təbiət qoruğu”nda işlərə başlanılıb”.
ARANTV.AZ xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyib. O bildirib ki, Prezidentin bununla bağlı sərəncamı da var:
“Orada hidrometeoroloji fəaliyyətin növbəli şəkildə bərpa olunması planlaşdırılır. Müvafiq hidrometeoroloji stansiyaların alınması işlərinə də başlanılıb”.

