Gündəm 

Ərzaq, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 117 faiz təşkil edib

Cari ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi ötən yanvar-mart aylarına nisbətən 112,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, düyünün, unun, toyuq ətinin, təzə balığın, qatılaşdırılmış şəkərli südün, pendirin, yoqurtun, xamanın, süfrə marqarininin, kərə yağının, naringinin, heyvanın, narın, soğanın, kartofun, pomidorun, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, limonadın, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, limonun, kələmin və xiyarın qiymətlərində müşahidə olunub.

Daha çox xəbərlər