Siyasət 

Kamran Əliyev Özbəkistana gedib

Azərbaycan və Özbəkistan prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti özbəkistanlı həmkarı Niqmatilla Yuldaşevin dəvəti ilə Daşkəndə rəsmi səfər edib.

Bu barədə “İki sahil”ə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Xəbərə görə, səfər çərçivəsində cinayətkarlığa qarşı mübarizədə birgə fəaliyyətin daha da gücləndirilməsi məqsədilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

Daha çox xəbərlər