Siyasət 

Bakıda BMT simulyasiya konfransının açılışı olub

ADA universitetində BMT simulyasiya konfransının açılışı olub.

ARANTV.AZ  xəbər verir ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da konfransın açılışında çıxış edib.

Reklamınızı SmartBee ilə effektiv edin.

Nazir bildirib ki, Azərbaycan və BMT arasında qurulan diplomatik münasibətlərin 30 illiyini qeyd etmək üçün silsilə tədbirlər keçirilir.

O bildirib ki, 1992-ci ildə Azərbaycan BMT-yə üzv olaraq beynəlxalq cəmiyyətin məsuliyyətli üzvü kimi BMT Nizamnaməsinin prinsiplərini dəstəkləyib, onun işinə töhfə verib.

“Azərbaycan BMT platforması çərçivəsində çoxtərəfli və ikitərəfli əlaqələrini inkişaf etdirib, BMT-nin sülh missiyalarında iştirak edib. Ölkə BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyib. Azərbaycan qlobal çoxtərəfliliyi dəstəkləyib. Azərbaycan hazırda Qoşulmama Hərəkatına sədrlik edir, bu çərçivədə bir sıra uğurlu işlər görüb. Azərbaycanın təşkilata sədrliyi çoxtərəfli əməkdaşlığa təkan verib”.

Nazir daha əvvəl Qoşulmama Hərəkatının Bakıda keçirilən simulyasiyasını xatırladıb. Nazir deyib ki, gənclər bu simulasiyalarda təcrübə qazanır, BMT-nin işləmə metodlarını öyrənir, BMT siyasi dinamikası ilə yaxından tanış olur.

“Diplomat olmaq asan deyil, siz bu simulyasiyada bunun nə dərəcədə çətin olduğunu, ölkələrinizin adından qərarların qəbul edilməsinin nə qədər çətin olduğunu başa düşəcəksiniz”, o vurğulayıb.

BMT-nin Azərbaycandakı rezident koordinatoru Vladanka Andreeva çıxışında qlobal problemlərdən danışıb. O deyib ki, iqlim dəyişikliyi, ksenofobiya, dezinformasiya, münaqişələr, aclıq, kiber təhlükələr və s. bu gün bütün dünyanın üzləşdiyi çətinliklərdir və bunlar həm də gənclərə təsir edir. BMT nümayəndəsi deyib ki, bu gün münaqişə zonalarında yaşayan gənclər həyati risklərlə üzləşir, onların təhsilə əlçatımlılığı çox hallarda qeyri mümkün olur.

Xanım Andreeva bildirib ki, bu simulyasiyada gənclər BMT platformasında bu qlobal çətinliklərlə mübarizədə alınan qərarların necə verildiyini öyrənəcəklər.

Azərbaycan BMT-nın dəyərli tərəfdaşıdır, üzvüdür və biz inanırıq ki, dayanıqlı, güclü dünyanın qurulmasında birlikdə işləyəcəyik.

Açılış mərasimində BMT Baş katibi Antoni Quterreşin təbrik video mesajı da təqdim olunub.

Qeyd edək ki, üç gün davam edəcək BMT simulyasiyasında Azərbaycanın müxtəlif universitetlərindən 80-dən çox tələbə iştirak edir.

Daha çox xəbərlər