Siyasət 

Azərbaycan hər zaman BMT prinsiplərinə sadiq olub – Nazir

Azərbaycan hər zaman BMT prinsiplərinə sadiq olub.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən BMT simulyasiya konfransında deyib.

“Azərbaycan hər zaman sülhün qurulmasına, digər ölkələrlə diplomatik münasibətlərin möhkəmlənməsinə və BMT Nizamnaməsinə sadiq olub”, – nazir deyib.

C.Bayraamov əlavə edib ki, konfrans Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi münasibətilə təşkil olunub.

Nazir xatırladıb ki, bu il ADA Universitetində Qoşulmama Hərəkatının simulyasiya modeli üzrə konfrans keçirilib.

O əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində təşəbbüslərə böyük diqqət ayırır.

Daha çox xəbərlər