Region Xəbərləri 

Qobustanda ət və süd istehsalında artım qeydə alınıb

Qobustan heyvandarları cari ilin birinci rübündə əsas göstəricilər üzrə məhsul istehsalında yaxşı nəticələr əldə ediblər.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2022-ci ilin ilk üç ayında diri çəkidə 1384 ton ət istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 ton çoxdur. Süd istehsalında da artım qeydə alınıb. Belə ki, ilin ilk rübündə rayonda süd istehsalı 67,4 ton artaraq 4289,2 tona çatıb.

Qeyd edək ki, heyvandarlıq Qobustanda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Hazırda bölgədə 27584 baş iribuynuzlu mal-qara, 182336 baş qoyun-keçi bəslənilir.

Daha çox xəbərlər