Hadisə 

Azərbaycanda icra nümayəndəsinə hədə-qorxu gələn sayt rəhbəri tutuldu

Azərbaycanda sayt rəhbəri saxlanılıb.

Bu barədə Oxu.Az-a hüuq-mühafizə orqanlarından məlumat verib.

Bildirilib ki, “cenub.az” xəbər portalının rəhbəri Zahir Əmənov Masallı rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyevdən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün tutulub.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq hərəkətləri davam etdirilir.

Daha çox xəbərlər