Cəmiyyət 

Bakının mərkəzindən dənizə 7 dəqiqəlik məsafədə rahat istirahətiniz üçün hər cür şərait yaradılıb – FOTO/VİDEO

İndi aşağı faizlə, sərfəli qiymətə, əlverişli ərazidə əmlak sahibi olmaq, bir anlıq şəhəri tıxacsız təsəvvür etmək kimidir.

Amma bir də bu cür düşünün: Büdcənizə uyğun, pəncərəsi dəniz mənzərəsinə açılan əmlakınız var və siz tıxacda vaxt itirmədən qısa müddətdə evinizdəsiniz. Daha da yaxşısı, siz bu əmlakı 6 faizlik ipoteka krediti ilə əldə edə, hətta arzu etsəniz həmin əmlakdan gəlir də qazana bilərsiniz.

Bütün bunların hamısı Şıxov qəsəbəsində yerləşən “Green City Residence”də (https://www.instagram.com/green_city_estate/) mümkündür. Burada siz sərfəli qiymətə, bazarda görülməmiş aşağı faizlə həm daimi, həm də bağ evi kimi istifadəyə imkan verən villa və ya mənzil sahibi ola bilərsiniz. Üstəlik ekoloji cəhətdən təmiz ərazidə yerləşən bu rezidensə yolunuzun uzun-uzadı tıxaclardan keçməyəcəyinə də əmin edirik.

Uzun müddət “Green City” rezort kimi fəaliyyət göstərib və onun əsas icarədarları xarici şirkətlərin əməkdaşları olublar. Lakin bu yaxınlarda “Realest” şirkəti “Green City”ni yenidən quraraq (və ya təşkil edərək) onu rezidensə çevirdi və hər bir vətəndaş üçün daha əlçatan etdi.

Sizi narahat edə biləcək hər şeyi düşündük

Rezidensdə yaşamağa başladığınız andan etibarən komfortu hiss edəcəksiniz. Yüksək səviyyədə mühafizə, yeddi gün 24 saat servis xidməti sizi və əmlakınızı istənilən təhlükədən qoruyacaq. Burada müxtəlif istiqamətlərdə kameraların mövcudluğu uşaqların təhlükəsizliyindən əminlik yaradacaq.
Sizin ərazinizdə təsadüfi şəxs ola bilməz. Bu səbəbdən rezidensə daxil olan bütün kənar şəxslərdən məlumatları qeydə alınır. Massiv daxilində istənilən problem rezidensin administrasiyası tərəfindən tənzimlənir.

20 hektar ərazini əhatə edən “Green City Residence”də (https://www.instagram.com/green_city_estate/) restoranlar, idman zalı, açıq və qapalı hovuz, aquapark, spa mərkəzi, uşaq baxçası, tenis kortu, futbol meydançası və gəzinti yerləri xidmətinizdədir.

Bu təkliflərdən bazarda yoxdur

Hər kəsin öz büdcəsinə görə əmlak sahibi ola bilməsi üçün ən sərfəli qiymətlərdən başladıq. Bu gün üçün rezidensdə təmirsiz mənzillərin 1m² 1500 manatdan, təmirli mənzillərin 1m² isə 1750 manatdan başlayır.

Üstəlik massivdə 6 faiz dərəcəsi ilə 10 illik müddətə ipotekaya əmlak əldə etmək şansınız da var. Bu qiymət və şərtlərlə rezidens daxilində mənzil və ya villa demək olar ki, bazarda yoxdur. “Green City Residence” bənzər layihələrdən mərkəzə yaxın və qiymət baxımından nisbətən daha sərfəli olması ilə seçilir.

Həm yaşayın, həm gəlir əldə edin 

Əgər “Green City Residence”də əmlak sahibisinizsə deməli həm də alternativ gəlir mənbəyiniz var. “Realest” şirkəti sahibkar ilə müqavilə çərçivəsində əmlakın idarəetməsini də həyata keçirir və icarədən əldə edilən gəliri aylıq olaraq sahibkara yönləndirir.

Massivdə 2 otaqlı mənzil 2 000 manatdan, 4 otaqlı mənzil 3500 manatdan, villalar isə 3 500 manatdan 5 000 manata qədər icarəyə verilir. Bu, dünya standartlarında belə yüksək göstərici hesab edilən illik 10 faiz gəlir deməkdir. Ərazidə kifayət qədər böyük şirkətlərin ofisləri var. Rezort kimi fəaliyyət göstərdiyi müddətdə də əsas icarədarları xarici şirkətlər və onların əməkdaşları təşkil edib. İndi də xüsusilə əcnəbi şirkətlər icarədar olmaqda maraqlıdırlar. Onlar uzun müddətdir ki, massivdəki komfortla tanışdırlar. Bu da potensial icarədarlarınızın artıq bəlli olduğunu göstərir.

Hazırda yaşayış massivinə çox böyük maraq var. Rezidens üzrə 80 mənzildən 70-i, 44 villadan 30-u sahiblərinə təhvil verilib. “Baxmadan almaram” deyənlər üçün “Realest” şirkəti ayda üç dəfə “açıq qapı” günləri keçirir, mənzil və villaları yerində görmək şansı yaradır.

Nəticədə, eviniz sizin kartvizitinizdir. Sizin mühitinizi yaşadığınız ev müəyyən edir. “Bu mühit mənimkidir”, – deyə düşünürsünüzsə “Green City Residence”də sizi gözləyirik.

Daha ətraflı məlumat üçün “Realest” şirkətinin saytına (https://www.instagram.com/green_city_estate/) daxil ola və ya (+994) 51 207 21 15 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

İnstagram: “Green City” yaşayış kompleksi (https://www.instagram.com/green_city_estate/).

 

Daha çox xəbərlər