Dünya 

Lavrov dünyada kiberanarxiya təhlükəsi barədə xəbərdarlıq etdi

İnternetin tənzimlənməsi sahəsində universal razılaşmalar olmadan dünya kiberanarxiyaya qərq olmaq riski ilə üzləşə bilər.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“İndi bütün məsul siyasətçilərə, bu sahədəki bütün peşəkarlara aydındır ki, internetin tənzimlənməsi sahəsində universal razılaşmalar olmadan dünya kiberanarxiya vəziyyətinə düşmək riski daşıyır”, – deyə Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təşkil olunan “Rəqəmsal Beynəlxalq Münasibətlər 2022” konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunun nəticələri, mübaliğəsiz, dünya iqtisadiyyatı və beynəlxalq təhlükəsizlik üçün riskli ola bilər. Eyni zamanda da yüz milyonlarla vətəndaşın elementar yaşayış komfortu və rifahı üçün də böyük problemlər yarana bilər.

Lavrov xatırladıb ki, Rusiya uzun illərdir dövlətlərin və internet vasitəçilərinin informasiya məkanında məsuliyyətli davranışı üçün universal norma və prinsiplərin sürətlə hazırlanmasının tərəfdarı kimi çıxış edir.

Mənbə: RİA Novosti

Daha çox xəbərlər